No:264/17, Xarici işlər naziri Elmar Məmmədyarov Vanuatu Respublikasının Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Vanuatu Respublikasının Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüş keçirdi.
Görüş zamanı Azərbaycan Respublikası və Vanuatu Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalandı. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd etdi.
Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunuldu.
Görüşdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olundu.