news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2018

No:263/18, Xarici işlər naziri Elmar Məmmədyarov irlandiyalı həmkarı ilə görüşdü

Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyanın xarici işlər və ticarət naziri Simon Koveney ilə görüşdü.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə etdilər və əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğuladılar. 
 
Tərəflər həmçinin beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi apardılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxundular. 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti