No:261/18, Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.