news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2018

No:261/18, Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti