No:258/19, Nazir Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində Pontifik Şərq Institutunun(POI) rektoru ilə görüşüb
Nazir Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq Institutunun rektoru David Nazar ilə görüşüb.
Görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verdi. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğuladı.
Nazir Elmar Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğuladı. Nazir Elmar Məmmədyarov qarşı tərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələri haqqında məlumat verdi.
Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq Institutu(POI) arasında Anlaşma Memorandumu imzalandı.