No:258/17, BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənov təşkilatın gündəliyində duran cari məsələlər haqqında məlumat verib.
İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDƏŞ-in oynadığı xüsusi rolunu qeyd edib.
Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDƏŞ-in BMT Baş Assambleyasında Müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Nazir Elmar Məmmədyarov eyni zamanda Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Ankarada beynəlxalq konfransın təşkil edilməsinə görə TDƏŞ-in katibliyinə təşəkkür edib və sözügedən tədbirdə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun məzmunlu çıxışını yüksək qiymətləndirib.