news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 sentyabr 2019

No:254/19, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və İsveçrə Konfederasiyasının Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanq arasında telefon danışığı baş tutmuşdur

Telefon söhbəti zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilmiş, əlaqələrin hazırkı vəziyyəti təhlil olunmuş və gündəlikdə duran cari məsələlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Tərəflər, Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə etmiş və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulamışlar. İki ölkə arasında xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması sahələrində, habelə peşə təhsili üzrə əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.

X.Xələfov həmsöhbətinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat vermişdir.

Söhbət zamanı həmçinin Azərbaycan və İsveçrə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti