news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 oktyabr 2018

No:253/18, Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Nazir Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Mohammad Taqi Xalilinin diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirdi.

Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə faydalı müzakirələr apardığını diqqətə çatdırdı. Təhlükəsizlik sahəsində Azərbaycanın Əfqanıstanla sıx əməkdaşlıq etdiyini qeyd edən nazir Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin nəqliyyat sahəsində Əfqanıstan üçün də yeni imkanlar açdığını qeyd etdi. 

Səfir Mohammad Taqi Xalili diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı.

Nazir Elmar Məmmədyarov səfir Mohammad Taqi Xaliliyə gələcək fəaliyyətində uğurlar arzu etdi.


 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti