news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2018

No:244/18, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ikitərəfli görüşlər keçirdi

 
28 sentyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salemsay Kommasith, Nepalın xarici işlər naziri Pradep Kumar Qiavali və Şri-Lankanın xarici işlər naziri Tilak Marapana ilə ikitərəfli görüşlər keçirdi.
 
Görüşlər zamanı nazirlər siyasi əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirdilər və təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirdilər. Həmçinin, tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin münasibətlərin inkişafı baxımdan əhəmiyyətini vurğuladılar.
 
Görüş zamanı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və ikitərəfli gündəliklərdə duran bəzi məsələlər müzakirə olundu.
 
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti