No:243/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Andorra Knyazlığının xarici işlər naziri Maria Ubah Font ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu Yorkda Andorra Knyazlığının xarici işlər naziri Maria Ubah Font ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycan və Andorra arasında əməkdaşlıq münasibətlərinin inkişafı və BMT Baş Assamleyasının cari sessiyasının gündəliyində qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb.