No:242/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi
Xarici İşlər naziri Elmar Məmmədyarov Litva Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Eqidius Navikası qəbul etdi.
Nazir Elmar Məmmədyarov Eqidius Navikası səfir təyin olunması münasibətilə təbrik etdi və Litva səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə etdilər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar.
Səfir Eqidius Navikas Azərbaycanın regionda apardığı müdrik xarici siyasətini və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd etdi. O, Litva tərəfindən Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin və bu sahədə ölkələrimiz arasında təcrübə mübadiləsinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirdi.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Səfir Eqidius Navikas etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.