No:241/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 27 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə görüşüb.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıb, habelə regional enerji və nəqliyyat infrastrukturu layihələrini müzakirə ediblər. Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıb.