news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2018

No:240/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

27 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində nazir Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb.

Komitə nümayəndələri Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini vurğulayaraq bu xüsusda, Azərbaycan hökuməti tərəfindən yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edərək, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını vurğulayıb. Nazir Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun beynəlxalq səviyyədə təşviq olunmasına verdiyi töhfəni vurğulayaraq, bu xüsusda ölkəmizdə təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti