news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 sentyabr 2019

No:239/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul etdi

Səfir Daynis Qarançs Latviya Respublikasının Xarici İşlər naziri Edqar Rinkeviçsin salamını Elmar Məmmədyarova çatdırdı. Öz növbəsində nazir Elmar Məmmədyarov David Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırdı.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə etdilər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Səfir Daynis Qarançs etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. 

Nazir Elmar Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti