news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2018

No:239/18, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov avropalı həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirdi

Xarici işlər naziri Elmar Məmmədyarov 27 sentyabr tarixində Nyu-Yorkda Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak və Maltanın xarici işlər və ticarət təşviqi naziri Karmelo Abela ilə görüşlər keçirdi.

Nazirlər ölkələr arasında siyasi dialoq, iqtisadi-ticari və digər sahələrdə uğurla inkişaf edən əməkdaşlığın davam etdirilməsi barədə ümumi fikir mübadiləsi apardılar. Eyni zamanda tərəflər, Azərbaycan – Avropa İttifaqı arasındakı qarşılıqlı faydalı tərəfdaşlıq münsaibətlərinin dərinləşdirilməsi yollarını müzakirə etdilər.

Görüşlər zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və BMT Baş Assambleyasının gündəliyində olan məsələlər ətrafında  fikir mübadiləsi aparıldı.

Fotolar Azərtac ©

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti