news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 sentyabr 2017

No:239/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib

Nazir Elmar Məmmədyarov Səfir Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi.

Səfir Kestutis Yankauskas fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı müzakirə aparıldı. Danışıqlar prosesinin konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılmasından məmnunluq ifadə olundu. Aİ ilə Azərbaycan arasında enerji, nəqliyyat, mülki aviasiya və humanitar sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin region üçün əsas təhdid olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti