news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2018

No:238/18, Xarici işlər naziri Elmar Məmədyarov Macarıstanın Komandir Xaçı Ləyaqət Ordeni ilə təltif olunub

Xarici işlər naziri Elmar Məmmədyarov  27 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşdü.
 
Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə etdi, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi apardı.

Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə  Macarıstanın Komandir Xaçı Ləyaqət Ordeni ilə təltif olundu. Mükafatı Azərbaycanlı həmkarına təqdim edən xarici işlər naziri Peter Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə nazir Məmmədyarova təşəkkürünü bildirdi və ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə etdi. Nazir Məmmədyarov Macarıstan nazirinə mükafata görə təşəkkür edərək, bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirdi.

Fotolar Azərtac ©

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti