No:237/18, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirdi
27 sentyabr tarixində Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov Livanın xarici işlər naziri Gebran Basil, Toqonun xarici işlər naziri, əməkdaşlıq və Afrika inteqrasiyası naziri Robert Dussey və Qrenadanın xarici işlər naziri Piter Devid ilə görüşlər keçirdi.
Nazirlər ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Bu xüsusda tərəflər iqtisadi, ticarət və humanitar əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə etdilər.
Görüşlər zamanı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və BMT Baş Assambleyasının gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparıldı.