No:237/17, Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib
Nazir Elmar Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi.
İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilərək kənd-təssürrüfatı, turizm və humanitar sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olundu.