news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 sentyabr 2018

No:235/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoratlığının rəhbəri Mişel Koninks ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 26 sentyabr tarixində Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoratlığının (CTED) rəhbəri Mişel Koninks ilə görüşüb.

Görüş zamanı CTED nümayəndə heyətinin cari ilin iyul ayında Bakıya səfərinə istinad edilərək, Azərbaycanın Terrorçuluğa qarşı Mübarizə Komitəsinin tövsiyələrinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi sahəsində CTED ilə əməkdaşlığı məmnunluqla vurğulanıb. Tərəflər eyni zamanda terrorçuluğa qarşı mübarizə sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti