No:233/19, Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının Naxçıvana təyin edilmiş yeni baş konsulunu qəbul edib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının yeni təyin edilmiş baş konsulu Seyid Əhməd Hüseynini qəbul etdi.
Görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim etdi.
Pərvin Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzu etdi.
Görüş zamanı Azərbaycan ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə olundu. Görüşdə, həmçinin İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak etmişdir.