news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2018

No:233/18, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra həmkarları ilə görüşdü

26 sentyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyan, Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev və Hondurasın xarici işlər naziri Mariya Dolores Aquero Lara ilə görüşdü.

Görüşlər zamanı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər müzakirə edildi.

Fotolar Azərtac ©

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti