news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 sentyabr 2017

No:229/17, 6 sentyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək

6 sentyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.

28 mart 2013-cı ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.

19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti