No:226/17, Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana işgüzar səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov 31 avqust 2017-ci ildə Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısında iştirak etmək üçün Macarıstana səfər edəcək.
Tədbirdə Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.