No:225/17, Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib.
Görüşdə səfir Soli Rüstəm etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.
Səfir Soli Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov Səfir Soli Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzu etdi.