No:224/24, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabı    

Sual: Tayvanda bu ilki seçkilərdə qalib gəlmiş Lay Tsinde vəzifəsinin icrasına başlayıb. Tayvanda baş vermis seçkilər və Tayvan administrasiyasının rəhbərinin fəaliyyətə başlaması ilə bağlı XİN-in mövqeyi nədir?

 

Cavab: Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası “vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti