No:222/21, Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə Respublikasına işgüzar səfəri barədə məlumatı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.