news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 avqust 2017

No:222/17, Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Mohamed Elias Mohamed əl-Haqı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir Mohamed Elias Mohamed əl-Haq diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və bu dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı.

Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xüsusilə vurğulandı.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Sudan arasında ikitərəfli, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrinə görə səfir Mohamed Elias Mohamed əl-Haqa təşəkkürünü ifadə etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti