news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 sentyabr 2018

No:219/18, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində ikitərəfli görüşlərini davam etdirir

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Sierra Leone xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Alie Kabba və Eritreyanın xarici işlər naziri Osman Saleh Məhəmməd ilə görüşüb.
 
Görüşlərdə ölkələr arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotolar Azərtac ©

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti