No:219/17, Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani 18 avqust 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək. Nazirlər Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.