No:215/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin Azərbaycan və Braziliya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair məlumatı
6 may 2022-ci il tarixində Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Braziliya Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti (3-cü raundu) keçirilib.
Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Həmçinin, Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin müavini Marcio Eli Almeida Leandro və Braziliya Parlamentində Braziliya Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirib. Keçirilmiş görüşlər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.