news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2018

No:215/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Yunanıstan və Qananın xarici işlər nazirləri ilə görüşdü

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias və Qana Respubikasının xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşdü.
 
Görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edildi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparıldı.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti