news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 avqust 2017

No:214/17, XİN-in Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rika Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib

7 avqust tarixində Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rika Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo López Bolañosu qəbul edib.

Görüşdə Jairo López Bolaños müvafiq təyinatı və Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti