news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2018

No:212/18, Xarici işlər naziri Elmar Məmmədyarov GUAM-Yaponiya Nazirlər görüşündə iştirak etdi

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilmiş GUAM-Yaponiya Nazirlər görüşündə iştirak etdi.

İclasın yekununda, “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul edildi. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini bir daha təsdiq etdilər və GUAM məkanındakı münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında tezliklə həllinə yönəlik beynəlxalq səylərinin əhəmiyyətini vurğuladılar.

Həmçinin, tərəflər regional və regionlararası müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan genişləndirilmiş GUAM-Yaponiya əməkdaşlığının mühüm əhəmiyyətini vurğuladılar və əlaqələrini gələcəkdə daha da genişləndirmək və möhkəmləndirməyə davam edəcəkləri öhdəliklərini bir daha təsdiq etdilər.

Hər iki tərəf yalnız GUAM-Yaponiya əməkdaşlığı üzrə deyil, həmçinin bir sıra regional və qlobal məsələlər üzrə yüksək səviyyəli dialoqu qoruyub saxlamağa maraqlı və hazır olduqlarını bir daha təsdiq etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti