news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 iyul 2017

No:212/17, Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Səfir Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzu edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti