No:202/18, Xarici işlər naziri Elmar Məmmədyarov Çində işgüzar səfərdədir
Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çinə işgüzar səfərdədir. Nazir Elmar Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaqdır.
Səfər əsnasında həmçinin, nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.