No:201/26, Nazir Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə telefon danışığına dair mətbuat məlumatı
06 may 2026 22:53
6 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı Azərbaycan və Ukrayna Prezidentləri arasında aparılmış danışıqlardan və əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual mövzuları müzakirə edilib.