No:201/24, Nazir Ceyhun Bayramovun Qambiya Respublikasına işgüzar səfərinə dair mətbuat məlumatı

3 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfərə yola düşüb.

 

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 may tarixlərində Bancul şəhərində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti