news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 sentyabr 2018

No:200/18, Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) İcraçı direktoru Nixil Seti qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov  BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) İcraçı direktoru Nixil Seti salamladı və bu səfərin Azərbaycanla UNİTAR arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.

Görüş zamanı UNİTAR-ın İcraçı direktoru N.Set səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, təmsil etdiyi İnstitutunun yaranma tarixi, fəaliyyəti və bir çox ölkələrdə həyata keçirdiyi proqramlar və layihələr haqqında ətraflı məlumat verdi.

Nazir Elmar Məmmədyarov XİN-nin nəzdində olan ADA Universitetinin fəaliyyətinə toxunaraq, bu təhsil müəssisəsində yerli və xarici mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış təlim proqramlarının təşkil edildiyini nəzərə çatdırdı. O həmçinin, Azərbaycan Dövlət Neft Akademiyasında ənənəvi olaraq digər ölkələrdən olan çoxsaylı tələbələrin neft mühəndisliyi və başqa ixtisaslar üzrə təhsil aldığını qeyd edərək, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən  ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrdən olan tələbələrə təhsil təqaüdlərinin ayrıldığını bildirdi.

Görüşdə Azərbaycan və UNİTAR arasında perspektiv əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti