No:197/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi.
Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul etdi.
Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə etdilər. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi apardılar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardı.
Səfir Volfqanq Maniq etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.