No:196/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit okean Alyansının 14-cü zirvə görüşündə iştirakı çərçivəsində ikitərəfli görüşlər keçirib
Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit okean Alyasının Limada keçirilən 14-cü Zirvə toplantısı çərçivəsində Yaponiya Xarici İşlər nazirinin müavini Kiyoto Tsuji, Kolumbiyanın Xarici İşlər naziri Karlos Holmes Truxiyo Garsia və Kosta Rikanın Xarici Ticarət nazirinin müavini Duayner Salas Çaverri ilə görüşlər keçirib.
Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Tərəflər ikitərəfli əlaqələrin inkişafı baxımından müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər. Habelə Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinə dair razilıq ifadə etdilər.
Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair müzakirələr aparıldı.