No:196/18, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının yeni nümayəndəsini qəbul edib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi Dr. Hande Harmancını qəbul etdi.
Görüş əsnasında Dr. Hande Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim etdi. Dr. Hande Harmancı fəaliyyəti dövründə Azərbaycan ilə ÜST arasında münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırdı.
Pərvin Mirzəzadə Dr. Hande Harmancıya gələcək fəaliyyətində uğurlar arzu etdi.