news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 sentyabr 2018

No:196/18, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının yeni nümayəndəsini qəbul edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi Dr. Hande Harmancını qəbul etdi. 
 
Görüş əsnasında Dr. Hande Harmancı  təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim etdi. Dr. Hande Harmancı fəaliyyəti dövründə Azərbaycan ilə ÜST arasında  münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırdı.
 
Pərvin Mirzəzadə Dr. Hande Harmancıya  gələcək fəaliyyətində uğurlar arzu etdi.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti