news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 sentyabr 2018

No:195/18, Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekerti qəbul edib

Nazir Elmar Məmmədyarov Milan Ekerti ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etdi. Milan Ekert etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova  təqdim etdi.

Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırdı. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğuladı.

Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirildi. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edildi. Həmçinin, fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Nazir Elmar Məmmədyarov Səfir  Milan Ekertə fəaliyyətində uğurlar arzu etdi. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti