No:191/19, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin məlumatı (Az/Ru)
YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair KİV-in sualına cavab olaraq XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva aşağıdakıları bildirib.
Hazırkı sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və YUNESKO arasında müvafiq saziş imzalanıb. Qeyd olunan sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilatı məsələlər öz əskini tapıb. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən YUNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.
Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyildir. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və proseduraları haqda məlumatlı deyilsə, o zaman onlar bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə YUNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı.
____________________
Отвечая на вопрос СМИ о том, что Азербайджан якобы не предоставил гарантии безопасности для ряда участников 43-й сессии Комитета Всемирного наследия ЮНЕСКО, пресс-секретарь МИД Азербайджана Л.Абдуллаева отметила следующее:
В преддверии проведения данной сессии между Азербайджаном как страной-хозяйкой и ЮНЕСКО было подписано соответствующее соглашение. В указанном соглашении нашли своё отражение все организационные моменты, включая предоставление гарантий безопасности для всех без исключения участников мероприятия. И все страны-члены ЮНЕСКО, которые имели намерение участвовать в работе сессии, обладая вышеназванными гарантиями, предоставленными Азербайджаном, сделали это.
Попытки Армении требовать некие дополнительные гарантии безопасности исключительно для своих участников есть не что иное, как её собственный политически мотивированный выбор уклониться от участия в очередном международном мероприятии, проводимом в Азербайджане на высоком уровне. Если в МИД Армении до сих пор не осведомлены о технических правилах и процедурах проведения сессий Комитета Всемирного наследия, то им следовало бы обратиться в секретариат ЮНЕСКО, чтобы наконец уяснить, что всем участникам подобных мероприятий предоставляются общие и универсальные гарантии, не предполагающие особых оговорок относительно отдельных стран.