No:189/23, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığına dair mətbuat məlumatı
3 aprel 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov, Muxtar Tleuberdinin dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında strateji xarakter kəsb edən ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov, Muxtar Tleuberdiyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.