No:187/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi  Təşkilatının icraçı katibi Lassina Zerbo ilə görüşünə dair məlumatı

26 may 2021-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo arasında görüş baş tutub.

Görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi  Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edildi.

Həmçinin görüşdə nazir 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkdi.

Nazir Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinə raket hücumlarının həyata kecirildiyini qeyd edərək, bu xüsusda  fiziki sübutlarımızın mövcudluğuna istinad etdi. Nazir, həmçinin aidiyyəti beynəlxalq təşkilatlar ilə əməkdaşlıq imkanlarını vurğuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti