No:186/18, Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycan Respublikasındakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
30 avqust 2018 03:30
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulandı.
Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Carlos Dante Rivaya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.