No:185/17, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Giampaolo Kutillonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.
Səfir Giampaolo Kutillo diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir Giampaolo Kutilloya gələcək fəaliyyətində uğurlar arzu edib.