news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 avqust 2018

No:184/18, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlaması / Заявление руководителя Пресс-службы МИД Хикмета Гаджиева в связи с 25-ой годовщиной оккупации Фи

23 avqust 1993-cü il tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.  

İşğal nəticəsində Füzuli sakinlərindən 657 nəfər şəhid, 400 nəfər müharibə əlili olub, 181 nəfər isə əsir və itkin düşüb. Cəbrayıl rayonundan da 400 nəfərə yaxın şəhid və 177 müharibə əlili olub, 91 nəfər isə əsir və itkin düşüb. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Hal-hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxın nəfəri rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalan hissəsi isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır. 79,9 min nəfərlik Cəbrayıl əhalisinin əksər hissəsi hələ ki, Azərbaycanın müxtəlif güşələrində məcburi köçkün olaraq məskunlaşmağa məcburdur.   

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Füzuli və Cəbrayıl rayonlarında da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında Füzuli şəhərinin yaxınlığında e.ə. III minilliyə aid Qaraköpəktəpə arxeoloji abidələri, Aşağı Veysəli kəndindəki XIII-XIV əsrlərə aid Mirəli türbəsi, Qarğabazar kəndindəki XVII əsrə aid məscid, karvansara və sair qeyd oluna bilər. Cəbrayıl rayonu ərazisində isə Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıntılara və talana məruz qalıb.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan ermənilər daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir. Bəzi fərdi hallar istisna olmaqla, ermənilərin heç zaman icma şəklində yaşamadığı Cəbrayıl rayonu ərazisində kilsənin tikilməsi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək və münaqişəyə dini don geyindirmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Horadiz şəhərinin işğalı kəskin şəkildə pislənilib və Horadiz şəhəri daxil olmaqla, Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Horadiz şəhərindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə əməl edilməyib.    

Yalnız Azərbaycan Respublikası Sılahlı Qüvvələrinin 1994-cü ilin yanvarında həyata keçirdiyi əks-həmlə tədbirləri nəticəsində nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lalətəpə yüksəkliyinin işğaldan azad edilməsi və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraitinin təmin olunmasından sonra Azərbaycan Respublikası hökuməti tərəfindən kəndin minalardan təmizlənməsi, yenidən qurulması və məcburi köçkünlərin şərəfli və ləyaqətli şəkildə kəndə geri qayıtması təmin olunub. Füzuli rayonunun işğaldan azad edilmiş hissələrində, Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikası hökumətinin həyata keçirdiyi quruculuq işləri Azərbaycanın işğal edilmiş ərazilərin azad edilməsi, bərpa edilməsi və məcburi köçkünlərin şərəfli və təhlükəsiz şəraitdə geri qayıtmasının təmin olunması istiqamətində əzminin göstəricisidir.    

Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.   

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.

-----

23 августа 1993 года в рамках военной агрессии Республики Армения против Азербайджанской Республики вооружёнными силами Армении были оккупированы Физулинский и Джебраильский районы, находящиеся за пределами бывшей Нагорно-Карабахской автономной области Азербайджана.

В результате оккупации Физулинского района 657 его жителей были убиты, 400 стали инвалидами войны, а 181 оказались захвачены в плен и пропали без вести. Среди жителей Джебраильского района около 400 человек были убиты, 177 стали инвалидами войны, а 91 были захвачены в плен и пропали без вести. Жители обоих районов столкнулись с массовой этнической чисткой, а располагавшиеся там объекты государственной и частной собственности были подвергнуты разорению. В настоящее время из 130,9 тыс. жителей Физулинского района около 70 тыс. проживают на его освобождённых территориях, а остальные размещаются в разных регионах Азербайджана в качестве вынужденных переселенцев. Большинство же из 79,9 тыс. жителей Джебраильского района по-прежнему вынуждены существовать в разных частях Азербайджана в качестве переселенцев.

Как и на других оккупированных территориях, в Физулинском и Джебраильском районах, со стороны Армении проводятся разорение, фальсификация, акты вандализма и изменения характерных черт облика материального культурно-исторического наследия азербайджанского народа. В этом ряду на территории Физулинского района можно отметить относящиеся к III тыс. до н.э. археологические памятники Гаракёпектепе близ города Физули, мавзолей Мирали XIII-XIV веков в селе Ашагы Вейсали, мечеть и караван-сарай XVII века в селе Гаргабазар и другие. В Джебраильском районе построенные в XI-XIII веках на реке Аракс Худаферинские мосты, являющиеся памятником мирового значения, а также усыпальница XIII-XIV веков в селе Даг Тумас, средневековые кладбища и другие памятники, расположенные вблизи города Джебраил, подвергались разрушению и грабежам.

Республика Армения, грубо нарушая обязательства, налагаемые на неё  Женевскими конвенциями, продолжает совершать такие незаконные действия как изменение географических названий в Физулинском и Джебраильском районах, разграбление находящегося там имущества и поджоги территорий. В особенности в Джебраильском районе ведётся незаконная экономическая активность в области сельского хозяйства и совершаются попытки разместить там лиц армянского происхождения, в том числе армян из Сирии. Постройка армянами на территории Джебраильского района, где они за исключением некоторых единичных случаев никогда компактно не проживали, здания церкви прямо демонстрирует нечистые намерения Армении аннексировать оккупированные азербайджанские территории и придать конфликту религиозный характер.

В резолюции 884 Совета Безопасности ООН была решительно осуждена оккупация города Горадиз Азербайджанской Республики и выражена серьёзная обеспокоенность в связи с гуманитарной катастрофой вдоль южных границ Азербайджана, включая город Горадиз, и изгнанием большого числа мирных жителей с мест их постоянного проживания. В резолюции содержалось требование вывода оккупационных сил в одностороннем порядке из города Горадиз и других оккупированных территорий Азербайджана в соответствии с «Обновлённым графиком неотложных мер по осуществлению резолюций 822 (1993) и 853 (1993) Совета Безопасности». Хотя в резолюциях Совета Безопасности ООН содержится однозначное требование о выводе оккупационных сил, Армения не выполнила эти требования.

Лишь в результате контрнаступления, осуществлённого Вооружёнными Силами Азербайджанской Республики в январе 1994 года, из-под оккупации были освобождены 22 населённых пункта Физулинского района и село Джоджуг Марджанлы Джебраильского района.

После освобождения высоты Лалатепе близ села Джоджуг Марджанлы в апреле 2016 года и соблюдения тем самым необходимых условий безопасности для проживания в этом селе правительство Азербайджанской Республики обеспечило разминирование территории, восстановление домов, сопутствующей инфраструктуры и последующее достойное возвращение вынужденных переселенцев. Восстановительные работы, проведённые правительством Азербайджанской Республики на освобождённых территориях Физулинского района и в селе Джоджуг Марджанлы, свидетельствуют о решимости Азербайджана освободить и восстановить оккупированные территории, обеспечить безопасное и достойное возвращение туда вынужденных переселенцев.

Оккупация азербайджанских территорий никогда не может привести к преследуемым Арменией политическим результатам. Только вывод вооружённых сил Армении с оккупированных территорий Азербайджана и изменение основанного на оккупации статус-кво могут открыть возможности для политического урегулирования конфликта, всестороннего регионального сотрудничества и внести вклад в обеспечение устойчивого мира.

Азербайджанская сторона, поддерживая интенсификацию международных усилий по скорейшему урегулированию конфликта, сохраняет за собой право восстановить свою территориальную целостность, суверенитет в пределах международно признанных границ и попранные права своих граждан.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti